TÜRK MODELYER KRALLIQ GƏLİNLƏRİNİN ARASINI VURDU…

TÜRK MODELYER KRALLIQ GƏLİNLƏRİNİN ARASINI VURDU…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə kral ailəsinin iki gəlini Keyt Middlton və Meqan Markl türk əsilli modelyer Erdəm Moralıoğluna görə gərginlik yaşayıb.

Tribuna.az xəbər verir ki, bu barədə Britaniya mətbuatında yazı dərc edilib.
Belə ki, Şahzadə Harri ilə evlənmədən əvvəl də aktyorluq karyerası boyunca Meqan Erdem Moralıoğlunun dizaynlarına üstünlük verib. Lakin evlilikdən sonra dizaynerin Keyt Middltonun geyimləri ilə daha ciddi məşğul olması Meqanı əsəbləşdirib.
Modelyer ilə daha uzun illərdir işləməsinə baxmayaraq siyahıda adının Keytdən sonra yazılması, geyimlərinin gec hazır olması ikinci gəlinin qəzəbinə səbəb olub. Britaniya mətbuatı yazır ki, ikinci plana atılmasına hirslənən Meqan Keyt üçün “Hələ heç kraliça deyil” sözlərini işlədib.
Harri ilə evlənməzdən əvvəl 2016 və 2017-ci illərdə Erdem Moralıoğlunun dizayn etdiyi libasları geyinən Meqan, toydan sonra 2019-cu ilin mart ayına qədər bu moda evinin geyimində görünməyib. Keyt isə son vaxtlar tez-tez Erdem Moralıoğlu imzalı geyimlərlə görünür.
Məlumata görə, bu səbəb də gəlinlərin arasındakı küsülülüyü daha da dərinləşdirib.