Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin daha bir ilk oyunu baş tutub.
Tribuna.az xəbər verir ki, bu oyun da əyalətdə keçirilib.
“Turan Tovuz” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, ilk yarımfinal görüşündə “Qəbələ” “Səbail”ə 3:2 hesabıyla qalib gəlib.
Azərbaycan kuboku
Yarımfinalın ilk oyunu
19 aprel
“Turan Tovuz” – “Neftçi” 1:0
Qol: D.Marandiç, 74.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov.
Tovuz şəhər stadionu, 16:00.









