TURAL ABBASLIDAN ASİM MOLLAZADƏNİN PSİXOLOJİ TEST TƏKLİFİNƏ SƏRT REAKSİYA

TURAL ABBASLIDAN ASİM MOLLAZADƏNİN PSİXOLOJİ TEST TƏKLİFİNƏ SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı bu gün keçirilən növbəti ictimai dinləmə zamanı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib ki, yaradılan partiyaların sədrləri psixoloji yoxlamadan keçirilməlidir. Sözügedən təkliflə bağlı Tribuna.Az– a danışan AĞ Partiya sədri Tural Abbaslı təklifi mənasız hesab etdiyini deyib.

“Hamısı boşluqdan, işsizlikdəndir. Yəqin Asim bəyin boş vaxtı çoxdur ki, belə aidiyyatsız fikirlər səsləndirir. Nə dəxli var? Adama deyərlər ki, partiya sədrlərindən daha ciddi məsələ parlament seçkiləridir. Oradakı deputatlar birbaşa qanun qəbul edirlər. Asim müəllimdən soruşmaq istəyirəm ki, Asim müəllim özü deputatlığa namizəd olarkən psixoloji test keçibmi? Bunlar hamısı absurd fikirlərdir”. T.Abbaslı qeyd edib ki, onsuz da qanunvericilikdə əqli problemləri olanların səsvermə məhdudiyyəti var: “Əgər səsvermə məhdudiyyəti varsa, siyasi proseslərdə iştirak etmək də mümkün olmur. Mən düşünürəm ki, gündəmə gəlmək üçün deyilmiş sözdür. Ondansa Asim bəy çoxpartiyalı sistemin inkişafı üçün sözün həqiqi mənasında Azərbaycanda partiyaların mövcudiyyətinin davam etdirilməsi üçün şərait yaradılması ilə bağlı təkliflər versin. Özü də partiya sədridir. Görəsən, Azərbaycanda neçə nəfər Asim bəyin partiyasını tanıyıb adını bilir? Bununla bağlı bir xeyli müzakirə aparmaq olar”

Aytac