“Tullantıların İdarə Mərkəzi” 439 min manata zibil quyusu qazdırır

“Tullantıların İdarə Mərkəzi” 439 min manata zibil quyusu qazdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tullantıların İdarə Mərkəzi” MMC maraqlı bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, söhbət təhlükəli tullantıların idarə olunması milli mərkəzinin Pirəküşkül massivi ərazisində yerləşən poliqonda zibil quyusunun qazılmasından gedir.

Məlumatda bildirilir ki, həmin zibil quyusunun həcmi 75 min kub metr olacaq. Qazma işlərini isə “Bakımexanizasiyanəqliyyat” ASC həyata keçirəcək. Tenderin qalibi olan şirkətə 439 min 513 manat pul ödəniləcək.

Fərda Uğur