Trampa qarşı impiçment petisiyası 250 mindən çox imzalandı

Trampa qarşı impiçment petisiyası 250 mindən çox imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də Prezident Donald Trampa qarşı impiçment üçün hərəkətə keçilib.

 Tribuna.az xəbər verir ki, “Trampa yenidən impiçment tətbiq edilsin” adlı petisiya başladılıb.

Sözügedən petisiyanı artıq 250 mindən çox amerikalı imzalayıb. İmzalayan şəxslər Konqresdən impiçment prosedurunun başlanmasını tələb edir.

Məlumata əsasən, bu təşəbbüs ictimai təzyiq vasitəsi kimi təqdim olunur və Trampın vəzifədən uzaqlaşdırılması məqsədi daşıyır. Sosial şəbəkələrdə sürətlə yayılan kampaniya ABŞ-də siyasi gərginliyin artdığını göstərir.