ABŞ prezidenti bildirib ki, Ukrayna döyüşlər zamanı Rusiya tərəfindən işğal edilən Donbas ərazilərini artıq itirir.
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna hələ də nəzarətində saxladığı Donbas hissələrini qaçılmaz şəkildə itirəcək. Onun sözlərinə görə, bu həm sülh razılaşması nəticəsində, həm də döyüş meydanında baş verə bilər.
Tribuna.az xəbər verir ki,Tramp bu fikirləri Fox News radiosuna verdiyi müsahibədə səsləndirib.
“Görünür, onlar müharibədə itirmədikləri bəzi ərazilərdən imtina etməli olacaqlar”, – jurnalistin 20 noyabrda Prezident Vladimir Zelenskiyə təqdim edilən sülh planı layihəsi ilə bağlı sualına cavab olaraq deyib.
“Onlar bunu yaxın zamanda itirəcəklər, bəli”, – Tramp bildirib.
“Bütün Donbası?” – deyə jurnalist dəqiqləşdirib.
“Onlar ərazi itirirlər. Onlar ərazi itirirlər”, – ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, 20 noyabr, cümə axşamı günü ABŞ ordusunun yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyəti Kiyevdə Prezident Vladimir Zelenski ilə görüşərək sülh yolunu müzakirə edib. Ukrayna prezidentinə ABŞ-ın qiymətləndirməsinə görə müharibənin sonlanması üçün əsas ola biləcək plan layihəsi təqdim edilib.
Reuters-in mənbələrinə görə, ABŞ Ukraynanı Ağ Evin vasitəçiliyi ilə təklif olunan sülh çərçivəsinə razı salmaq üçün kəşfiyyat məlumatlarının paylaşılmasını və silah tədarükünü dayandırmaqla hədələyib. Məlumata görə, ABŞ Ukraynanın 27 noyabr, gələn cümə axşamına qədər çərçivə sazişini imzalamasını istəyir.
İmran Kərimli









