Tramp atəşkəs istəyir, Əraqçı isə “hələ yeni başlamışıq” deyir

Tramp atəşkəs istəyir, Əraqçı isə “hələ yeni başlamışıq” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Tehranın iddiasına görə, ABŞ prezidenti Donald Tramp müharibənin dayandırılmasını və atəşkəsin elan olunmasını istəyib.

Tribuna.az xəbər verir ki, SEPAH-a bağlı media bununla bağlı bir neçə xəbər paylaşıb.

Orada bildirilir ki, Trampın Yaxın Şərq üzrə nümayəndəsi Kuşner və Uitkof bir neçə dəfə Tehrana xəbər göndəriblər.

Məsələ ilə bağlı açıqlama verən İranın XİN başçısı Abbas Əraqçı isə bəyan edib ki, onlar özlərini müdafiə etməyə davam edəcəklər. Nazir həmçinin düşməni məhv edəcəklərini də iddia edib. “Bu şərtlərdə biz atəşkəs tələbini qəbul etmirik. ABŞ diqtə edən tərəf olmamalıdır. Biz Amerikanı cəzalandıracağıq. Hələ yeni başlamışıq!”

Fərda Uğur