Analar soruşur ki, uşaqlara qış aylarında immunitet üçün vitamin sirop vermək olarmı?.
İmmun sistemini güclü saxlamaq üçün uşağın rejiminə diqqət eləmək kifayət edir.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə pediatr Altay Abdullaoğlu çıxış edib. O bildirib ki, güclü immun sistemi üçün uşağın yuxu rejimini normallaşdırmaq, təmiz hava, düzgün qidalanma, meyvə və tərəvəzləri qida rasionuna daxil etmək, bal, bəhməzdən istifadə etmək tövsiyyə olunur:
“Əgər uşaq meyvə və tərəvəz yemirsə, o halda vitamin siropları verilə bilər”.
Nigar










