Tənqidlərdən sonra – Nazirlik təcili belə dəyişiklik etdi-Foto

Tənqidlərdən sonra – Nazirlik təcili belə dəyişiklik etdi-Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Səyyad Aranın ötən gün parlamentdə səhiyyə naziri Teymur Musayevlə bağlı tənqidi və nazirliyin cavabı sosial şəbəkələrdə müzakirələrə yol açıb.

“Qafqazinfo” xəbər verir ki, deputat parlamentdəki çıxışında səhiyyə nazirinin vətəndaş qəbulunun təşkilində problemlər olduğunu bildirib.

Deputatın “Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur”, – sözlərinə, Səhiyyə Nazirliyindən “Vətəndaş qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər şəxslər tərəfindən nazirliyin inzibati binasında keçirilir və bununla bağlı məlumatlar qurumun rəsmi saytında dərc olunur”, – cavabından sonra müzakirələr daha da qızışıb.

Belə ki, sosial şəbəkə istifadəçiləri nazirliyin saytındakı vətəndaş qəbulu cədvəlinin əvvəlki və sonrakı versiyalarını paylaşaraq məsələnin heç də belə olmadığını, ümumiyyətlə qəbul cədvəlinin yenilənmədiyini qeyd ediblər. 

Paylaşımlarda bildirilib ki, Səhiyyə Nazirliyi mütəmadi olaraq vətəndaş qəbulu keçirdiyini açıqlamasına baxmayaraq, saytdakı məlumatlar reallığı əks etdirmir. Belə ki, artıq 2026-cı ilin bitməsinə bir neçə ay qalmış olsa da, nazirliyin saytındakı qəbulla bağlı cədvəlin başlığında “2025-ci il üzrə” ifadəsi yer alıb. Paylaşımlardan sonra isə həmin məlumatdakı “2025-ci il üzrə” sözləri silinib. Bununla da qəbul cədvəlinin hansı ilə aid olduğu suallar yaradıb.