Tələbələrimizdən xəbər var – Valideynlər meyitlərin tanınması üçün çağırıldı

Tələbələrimizdən xəbər var – Valideynlər meyitlərin tanınması üçün çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Malatyada azərbaycanlı tələbələrin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir.
Artıq xilasedicilər tələbələrin yaşadığı mənzilə çatıblar.

Dağıntılar altından yenidən meyitlər çıxarıldıqdan sonra tələbələrin valideynləri meyitlərin həmin tələbələrə aid olub-olmadığını dəqiqləşdirmək üçün əraziyə çağırılıb. Bu barədə AzTV-nin ərazidə olan müxbiri məlumat verib.

Bildirilib ki, meyitlərin azərbaycanlı tələbələrə aid olub-olmadığı hələ də dəqiqləşməyib. Bununla bağlı əlavə məlumat veriləcək.
Onu da qeyd edək ki, dağıntılar altından tələbələrə aid “Qurani-Kərim” kitabı, Azərbaycan və Türkiyə bayraqları tapılıb.