TƏHSİL EKSPERTİNDƏN SƏRT TƏNQİD: NAZİR TANIŞLARININ ŞİRKƏTLƏRİNİ QALİB ELAN EDİR…

TƏHSİL EKSPERTİNDƏN SƏRT TƏNQİD: NAZİR TANIŞLARININ ŞİRKƏTLƏRİNİ QALİB ELAN EDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyinin son üç ildə elan etdiyi heç bir tender, qrant şəffaf deyil. Təəssüflər olsun ki, heç bir ciddi fəaliyyəti olmayan, vergi ödəyicisi olmayan şirkətləri nazirlik son 3 ildə tenderlərdə qalib edərək böyük məbləğdə vəsaitlər ayırır. Həmin şirkətlərin, xüsusilə təhsil ocaqlarında qida təchizatı ilə bağlı təcrübəsinin olmaması yekunda uşaqlar arasında zəhərlənməyə, faciəvi halların baş verməsinə səəb olur.

Bu sözləri Tribuna.az-a təhsil eksperti Kamran Əsədov məktəbləri ərzaq və hazır qida ilə təmin edən nazirliyin elan etdiyi tenderin dəfələrlə qalibi olmuş “Tais İKF” MMC ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, Elm və Təhsil nazirliyinin elan etdiyi tenderlərdə adətən nazir Emin Əmrullayevə yaxınlığı ilə tanınan şəxslərin şirkətləri olur:

“Çox təəssüf ki, nazirlik keçirdiyi bütün tenderlərdə tender haqqında qanunu və tender keçirilmə qaydalarının tələblərinə ciddi şəkildə əməl etmir, qaydaları pozur. Bu MMC-ni də araşdırsanız nazirliklə hansısa bağlılğı çıxacaq. Çünki adətən Emin Əmrullayev özünə yaxın olan şəxslərin, dost və tanışlarının bir-iki gün əvvəl yaratdığı və heç bir fəaliyyəti, peşəkar təcrübəsi olmayan qondarma şirkətləri qalib edir. Son 3 il ərzində xüsusilə məktəb tikintisi, məktəblərin qida ilə təminatı, təlim və tədrisin təşkilində avadanlıqların göndərilməsi ilə bağlı keçirilən tenderlərdə heç bir fəaliyyətlə məşğul olmayan şirkətlər qalib olur. Bu hal həmişə şübhə doğurur. Bu cür etibarsız, hələ etibar qazanmamış, fəaliyyəti göz önündə olmayan şirkətlərə yüksək məblərğdə pullar verməklə onları qalib etmək məsuliyyətsizlikdir, qeyri-peşəkarlıqdır”.