TƏHSİL EKSPERTİNDƏN ÇAĞIRIŞ: BU YIĞIMA SON QOYULMALIDIR

TƏHSİL EKSPERTİNDƏN ÇAĞIRIŞ: BU YIĞIMA SON QOYULMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə ərazisində fəaliyyət göstərən dövlət bağçalarının hamısı tam ödənişsizdir. Bağça direktorlarının valideynlərdən aylıq olaraq pul tələb etməsi özbaşınalıqdır, rüşvətdir.
Bu sözləri Tribuna.Az-a təhsil eksperti Kamran Əsədov dövlət bağçalarında aylıq ödəniş tələb edilməsi problemindən danışarkən deyib:
“Ölkə ərazisində heç bir dövlət körpələr evi və uşaq bağçası ödənişli əsaslarla fəaliyyət göstərmir. Ölkədəki 1693 uşaq bağçasının hər biri ödənişsizdir. Buna görə heç kəsdən aylıq 20, 30, 50 manat, hətta 1 manat belə tələb edilə bilməz. Bu kimi müəssisələr dövlət büdcəsinin vəsaiti hesabına fəaliyyət göstərir. Bağçanın qida ilə təminindən tutmuş, bağçaya lazım olan hər bir şey dövlət tərəfindən göndərilir. Bağçadakı hər hansısa xidmət pullu ola bilməz. Bunu bağça rəhbərliyi şəxsən özü tələb edir. Ancaq bunu təbii ki, özbaşına etmir. Bu, Elm və Təhsil Nazirliyinin direktorlar qarşısında qoyduğu tələbdir”.
K.Əsədov bildirib ki, nazirlik bu qanunsuz tələbdən xəbərdardır:
“Valideynin tam haqqı çatır ki, ödəniş etməkdən imtina etsin. Bağça rəhbərliyinin də ödəniş etməyən valideynin övladını bağçadan çıxarmaq, uzaqlaşdırmaq, bağçaya qəbul etməmək hüququ yoxdur”.
Nigar