TƏHSİL EKSPERTİ: UNİVERSİTETLƏR TƏHSİL HAQQININ BİRDƏFƏLİK  VERİLMƏSİNDƏ TƏKİD ETMƏMƏLİDİR

TƏHSİL EKSPERTİ: UNİVERSİTETLƏR TƏHSİL HAQQININ BİRDƏFƏLİK VERİLMƏSİNDƏ TƏKİD ETMƏMƏLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki,  ali təhsil müəssisələrinin çoxu tələb edir ki, təhsil haqqı birdəfəyə ödənilsin. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var. Amma bu,  universitetlərin rəhbərliyindən asılıdır.

Mövzu ilə bağlı TİA. Az– a danışan təhsil eksperti Qoşqar Məhərrəmov deyib ki, tələbələrin təhsil haqqını ödəməsi ilə bağlı iki vaxt var:

” Biri birinci semestrin digəri isə ikinci semestrin. Bu müxtəlif ölkələrin təcrübəsində bu cür tətbiq olunur. Hissə-hissə ödəniş haqqı ola bilər, ancaq bu aybaay nəzərdə tutulmur. Bəzi müəssisələr ola bilər ki, bunu üç-dörd hissəyə bölsün.  Bu da yenə universitetinin verəcəyi qərardır. Yenə də prosesin əvvəli ortası və axırı ola bilər. Bu tələbəyə özəl bir yanaşma olmamalıdır, bütün tələbələrə şamil olunmalıdır. Əgər Nazirlik deyirsə ki, təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərar var, universitet də bunun üçün  şərait yaratmalıdır. Bütün təhsil haqqının birdən verilməsində təkid etməməlidir”.

Aytac

TİA. Az