Dünən gecə saatlarında İran Havadan Müdafiə Qüvvələrinin Tehran şəhəri üzərində bəzi hədəflərə atəş açdığı müşahidə edilib.
Tribuna.az xəbər verir ki, açılan atəşlə hansı hədəflərin vurulub, vurulmadığı məlum deyil.
Rısmi dairələr bu barədə hər hansı açıqlama verməyiblər. Lakin SEPAH-a bağlı “Fars” Agentliyi isə məlumat yayıb ki, Tehran səmasında naməlum PUA-lar peyda olub. HHM-lərin işə düşməsi də bununla bağlıdır.
İran tərəfi birmənalı olaraq ABŞ və İsraili ittiham edib. Onları atəşkəs rejimini pozmaqda günahlandırıb. Lakin İsrail tərəfi isə bəyan edib ki, onlar İran ərazisinə hər hansı hücum təşkil etməyiblər.
Fərda Uğur









