Tehran rejimi odla oynayır, Ermənistan, Rusiya, İran ittifaqı sivil dünyaya meydan oxumaq istəyir.
Tribuna.az-ın məlumatına görə, bu fikirləri səsləndirən “Real” üzvü Natiq Cəfərli bildirib ki, bu şər ittifaqı dağılmalıdır:
“Qərb gözünü açıb bu ittifaqın mövcudluğunu və təhlükəsini görməlidir”.
Politoloq Şahin Cəfərli isə bildirib ki, səfirliyimizə hücuma görə məsuliyyət tamamilə İran rejiminin üzərinə düşür:
“Bu terrorçu rejim bölgədə sülh, sabitlik və tərəqqiyə başlıca təhdidlərdən biridir”.
Tribuna.az









