Tehran ABŞ qoşunlarının desant endirməsi ilə bağlı xəbərləri təkzib etdi

Tehran ABŞ qoşunlarının desant endirməsi ilə bağlı xəbərləri təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran ABŞ hərbçilərinin ölkə ərazisinə desant endirməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Tribuna.az xəbər verir ki, Xuzistan əyalətinin təhlükəsizlik məsələləri üzrə qubernator müavini bildirib ki, gün ərzində bəzi ərazilərdə ABŞ ordusuna məxsus helikopterlər və döyüş təyyarələri aşağı hündürlükdə uçuşlar həyata keçirib.

Lakin onun sözlərinə görə, əyalət ərazisində heç bir hərbi əməliyyat və ya desant çıxarılması baş verməyib. Rəsmi şəxs vurğulayıb ki, bölgədə vəziyyət tam nəzarət altındadır.

Bundan əvvəl bəzi KİV-lər İranda vurulan təyyarənin pilotunun axtarışı çərçivəsində ABŞ qüvvələrinin ölkə ərazisinə daxil olduğu barədə məlumat yaymışdı.

İmran Kərimli