TƏCİLİ: UKRAYNA ÖLÜM-DİRİM HÜCUMUNA BAŞLAYIR, PUTİN İSƏ “AĞ BAYRAQ” QALDIRDI – CİDDİ DİALOQA HAZIRAM…

TƏCİLİ: UKRAYNA ÖLÜM-DİRİM HÜCUMUNA BAŞLAYIR, PUTİN İSƏ “AĞ BAYRAQ” QALDIRDI – CİDDİ DİALOQA HAZIRAM…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atlantik Şurasının analitiki Piter Dikinson hesab edir ki, Ukrayna Silahlı Qüvvələri qışda genişmiqyaslı hücuma hazırlaşır.

Tribuna.az xəbər verir ki, ekspertin sözlərini Euronews telekanalı sitat gətirib. Onun fikrincə, bu hücum Ukraynaya beynəlxalq dəstəyi saxlamaq uğrunda mübarizədə həlledici önəm kəsb edəcək.
Piter Dikinson deyib ki, hazırda Ukrayna ordusu torpaq donmadan zərbə endirmək üçün qoşunlar hazırlayır və sursata qənaət etməyə başlayır. Kiyev hərbi fəaliyyətdə dönüşə nail olmaq üçün payız hücum əməliyyatlarının uğurlu impulsunu saxlamalıdır.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov bildirmişdi ki, Kiyev yazda hərbi əməliyyatları intensivləşdirmək istəyir. Kəşfiyyat “ən qızğın döyüşlərin” mart ayında olacağını gözləyir. “Ukrayna yazda böyük hücum planlaşdırır”, – deyə o əlavə edib.
Rusiya Prezidenti Vladimir Putin isə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində ölkəsinin Ukrayna münaqişəsi ilə bağlı ciddi dialoqa hazır olduğunu bir daha təsdiqləyib. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsində vasitəçilik təkliflərinə cavab olaraq V.Putin Rusiyanın dəfələrlə səsləndirilmiş tələblər və “yeni ərazilər” də nəzərə alınmaqla rəsmi Kiyevlə danışıqlara hazır olduğunu bildirib.

Tribuna.az