TƏCİLİ: BU ÖLKƏ VƏTƏNDAŞLARINI ERMƏNİSTANA VƏ AZƏRBAYCANA GETMƏMƏYƏ ÇAĞIRDI

TƏCİLİ: BU ÖLKƏ VƏTƏNDAŞLARINI ERMƏNİSTANA VƏ AZƏRBAYCANA GETMƏMƏYƏ ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya bu gün öz vətəndaşlarının Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına səyahətini qadağan etmək qərarına gəlib.

Tribuna.az-ın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, 4-cü ən yüksək səyahət xəbərdarlığı səviyyəsi müəyyən edilib. Qadağa 15 aprel şənbə günü qüvvəyə minəcək.

2020-ci ilin avqust ayından etibarən 3-cü səviyyəli səyahət xəbərdarlığı verilmişdi. Nazirlik regionda davam edən silahlı münaqişələri nəzərə alaraq bu səviyyəni artırmaq qərarına gəlib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yaponiyanın da öz vətəndaşlarının bölgəyə səyahətini qadağan etdiyi bildirilir.