TƏBRİZDƏ NƏ QƏDƏR  ERMƏNİ YAŞAYIR? – MOLLA REJİMİNİN KONSULLUQ HİYLƏSİ

TƏBRİZDƏ NƏ QƏDƏR ERMƏNİ YAŞAYIR? – MOLLA REJİMİNİN KONSULLUQ HİYLƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çoxları Ermənistanın Təbrizdə konsulluq açmasına təəccüb edir, sərt mövqe sərgiləyir. Ancaq başa düşmürlər ki, İranın əksər böyük şəhərlərində erməni məhəllələri var.
Tribuna.Az xəbər verir ki, bu sözləri jurnalist Fikrət Fərəməzoğlu Təbrizdə Ermənistan konsulluğunun açılmasına etiraz edənlərə cavab olaraq bildirib.
Onun sözlərinə görə, təkcə Təbrizin mərkəzində 10-20 minə qədər erməni yaşayır:
“Məlum məsələdir ki, konsulluq açılması fikri Azərbaycana qarşı atılan addımdır. Molla rejimi bu addımı ilə Azərbaycana “gözdağı” verir.


Amma bu da faktdır ki, Təbrizdə böyük bir erməni məhəlləsi var. Hazırda şəhərin mərkəzi sayılan Barnava məhəlləsində hələ 1828-ci ildən ermənilər məskunlaşdırılıb. Onların dəqiq sayı məlum olmasa da, bəzi statistik məlumatlara görə, 10-20 min arası erməninin həmin məhəllədə yaşayır. Həmin məhəllədə ermənilərin kilsəsi, mədəniyyət evi, orta məktəbləri fəaliyyət göstərir. Ancaq onlar Təbrizin ictimai-siyasi, mədəni həyatında heç bir rola malik deyillər. Dini baxışlarına görə dövlət qurumlarında da çalışa bilmirlər. Yalnız ticarət sektorunda, o da məhdud səviyyədə təmsil olunurlar”.
F.Fərəməzoğlu bildirib ki, Təbrizdə yaşayan ermənilər imkan düşən kimi ya Ermənistan üzərindən Avropa və ABŞ-a mühacirət edir, ya da Tehrana daşınaraq, orada daha sərbəst və böyük ticarətlə məşğul olurlar:
“Təbrizdən başqa Tehranda və İsfahanda da ermənilərin yaşadığı məlumdur. Hətta İsfahan yaxınlığında onların özlərinə “Yeni Culfa” adlı qəsəbə saldıqları da bəllidir.
Ermənilərin Urmiyada da yaşadıqlarını iddia edənlər var. Ancaq bu iddia əsassızdır. Çünki orada yaşayan və dilləri erməni dilinə nisbətən yaxın olan xalq assurlardır ki, onların da haylarla etnik qohumluğu yoxdur”.
Nigar