TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə qurumun İcraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.

Bu barədə Tribuna.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə İcraçı direktor vəzifəsinin müvəqqəti icrası Anar İsrafilov-a həvalə olunub.

Qeyd edək ki, Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri hələlik açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

 

Sənan Məmmədli