Bakı teatrları son bir həftədir anşlaq yaşayır.
Tribuna.Az xəbər verir ki, bir neçə həftədir teatr kassalarında bilet tapmaq mümkün deyil. Bu hal xüsusilə uşaqlar üçün nəzərədə tutulmuş tamaşalar qoyulmuş teatrlarda müşahidə olunur. Məktəblilərin payız tətili səbəbilə teatrlara axın başlayıb.
Daha çox aşağı sinif şagirdləri sinif şəklində teatrlara axın edib.
Artıq bir həftədir ki, xüsusilə Kukla Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gənc Tamaşaçılar Teatrının qarşısında izdiham müşahidə edilir.
Teatr bələdçisinin sözlərinə görə, hər məktəb tətili və bayram günlərində teatrlara axın başlayır:
“Kassada biletlər qalmır. Daha çox məktəblilər üçün bir dəfəyə 25-30 bilet sifariş verildiyi üçün kassada tək-tək biletlər qalır. Əksər tamaşalara biletlər 2-3 həftə əvvəldən alınıb. Son bir həftədir ki, tamaşa vaxtı zalda bir dənə də boş yer olmur”.
Nigar









