SUSUZLUQDAN ƏZİYYƏT ÇƏKƏN FERMERLƏR DƏ VASİF TALIBOVDAN ŞİKAYƏTÇİDİR – FOTO

SUSUZLUQDAN ƏZİYYƏT ÇƏKƏN FERMERLƏR DƏ VASİF TALIBOVDAN ŞİKAYƏTÇİDİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 ildir Naxçıvana rəhbərlik edən Vasif Talıbov Naxçıvanın suvarma su problemini həll etməyib. Halbuki Araz çayı Naxçıvanın su ehtiyyatı uçun ən dəyərli təbii sərvətdir. Necə olur ki, dövlət 1000 km-dən artıq uzunluğu olan Bakı-Ceyhan neft kəmərini çəkir. Ancaq Araz çayından Heydər Əliyev adına Vayxır su anbarının arası 22 km məsafədir, Arazdan həmin su anbarına su çəkilmir. Axı kənd təsərrüfatı da neft kimi gəlir gətirən sahədir.

Bu barədə Tribuna.az-a Naxçıvanın Babık rayonunun fermerləri məlumat verib. Onlar bildirib ki, Naxçıvanda Babək rayonu ərazisində payızlıq buğda əkini vaxtının bitməsinə az bir müddət qalmasına baxmayaraq, buğda əkməkdən imtina ediblər. Min hektarlarla ərazi əkilməmiş qalıb. Buna səbəb isə su çatışmazlığıdır:

“Vasif Talıbova deyirlər ki, Naxçıvandan insanlar köçüb gedir, o isə bu suala belə cavab verir: “turpun seyrəyi yekə olar”. O bu siyasəti məqsədli şəkildə aparıb. Bu gün Maxçıvan buğdanı xaricdən alır, halbuki Araz çayından Vayxır su anbarına su çəkilsə, 1000 hektatlarla ərazidə buğda əkilər və Naxçıvan da buğda ehtiyacını xaricdən almaz, öz təminatını özü qarşılayar”.

Şikayətçilər Vasif Talıbovu Prezident İlham Əliyevin Naxçıvanda artezian quyularının salınması üçün hər il ayırdığı milyonlarla manatı mənimsəməkdə ittiham edərək bunu təsdiqləyən fakt da göndəriblər:

“Prezident təkcə 2020-ci ildə Naxçıvana 1 miliyon pul ayırıb ki, artezian quyuları qazılsın. Amma Naxçıvanda bir dənə olsun artezian quyusu qazılmayıb, bu vəsaitin hamısını yeyiblər. Nəticədə Naxçıvanda əhali nəinki suvarma suyu, heç içməli su da tapmır. Naxçıvanlılar Uqanda və Sudan yetimləri kimi susuzluqdan əziyət çəkir”.

Nigar