Cənubi Koreyanın paytaxtı Seulda ilk sürücüsüz avtobus fəaliyyətə başlayıb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın Hyundai şirkəti özünü idarə edən ilk avtobus marşrutunu işə salıb. Əldə edilən məlumata görə, bu avtobusla gediş-gəliş pulsuzdur. Özünü idarə edən avtobus üçün rezervasiya tələb olunur.
Bu avtobusa pulsuz minmək üçün mobil proqram vasitəsilə rezervasiya etmək lazımdır. Tətbiqlə bron etdikdən sonra insanlar təyin olunmuş iki dayanacaqda avtobusa minmək üçün gözləməlidirlər.
Nihat Kərimli
Tribuna.az










