Tribunainfo. az xəbər verir ki, bir çox sürücü BNA-nın yeni saldığı avtobus zolaqlarından narazıdır. Həmin narazı sürücülərdən biri olan Faiq Mahmudov adlı şəxs öz sosial şəbəkə hesabında yazır:
“Tıxaclar azmış kimi, bir yandan da BNA mövcud ümumi yolun tən yarısını kəsib avtobus zolağı edir. Üstəlik də 07:00-21:00 aralığı giriş qadağası ilə. Heç olmasa seher 7-9 axşam 5-8 etsəydilər, hardasa anlamaq olardı.
Onsuz da girmək mümkün olmayan Ziya Bünyadov prospektini BNA daha da şikəst etdi.
Ümumiyyətlə bu qurum niyə var axı?! Nəyə xidmət göstərir?!
Ortalıqda ora bura qaçıb, ümumi istifadədə olan yolların hesabına zolaq ayırıb tixacları daha da artırmaqdan başqa işə yaramır”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalarda səmərəliliyin artırılması üçün sözügedən addımın atıldığını bildirir.









