Cümə axşamı səhər saatlarında Suriyanın Deyr əz-Zur şəhərinin ətraflarında partlayış baş verib və nəticədə 45 nəfər ölüb.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, hadisə İŞİD terrorçularının Suriya vətəndaşlarını daşıyan yük maşınının yoluna qoyduğu minanın partlaması nəticəsində baş verib.
Məlumata görə, partlayış zamanı 5 nəfər ölüb, 40 nəfər ölümcül yaralanıb.
Fevralın 27-də Suriya mənbələri İŞİD terrorçularının Həma əyalətində yerləşdirdiyi minanın partlaması nəticəsində azı 10 Suriya vətəndaşının həlak olduğunu, 12-nin isə yaralandığını bildirib









