“Bu günlərdə Bakıda qələbəyə hazırlıq atmosferi hökm sürür. Ermənistan cəmiyyəti siyasi qarışıqlığa qərq olduğu və Ermənistan rəhbərliyi ehtiyatsızcasına Qərbə doğru tələsdiyi bir vaxtda, Bakı sözdən əmələ keçir”.
Tribuna.az xəbər verir ki, bu fikirləri politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, 18-19 iyun tarixlərində Bakı yaxınlığında “Qərbi Azərbaycana Qayıdış” adlı festival keçiriləcək. “Bu, açıq-aydın siyasi siqnaldır: Bakı artıq status-kvonun məntiqi ilə fəaliyyət göstərmir, əksinə, yeni ərazilər – Ermənistanın suveren ərazisinin bir hissəsi olan ərazilər “əldə etmək” barədə düşünür”.
Surenyants daha sonra deyib ki, əsas intriqa daha tez, 7 iyunda baş verəcək. “Seçkidə Paşinyan qalib gələrsə, plan həyata keçiriləcək. Görünür, Azərbaycan Prezidenti İlham Əliyev artıq Ermənistan üzərində qələbəni qeyd etməyə hazırlaşır”.
Fərda Uğur









