Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.
Tribuna.az-ın xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə olunub.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a təsdiqləyib.









