Sumqayıt şəhərinin Koroğlu küçəsində avtobus dayanacağında pavilyon qoyulmayıb.
Bu hal keçmiş “Leyla” mebel evinin yanında müşahidə olunur. Avtobus dayanacağı üçün nəzərdə tutulan xüsusi yer olmasına baxmayaraq, pavilyon quraşdırılmayıb.
“Qarşıdan yay ayları gəlir. Günəşin istisindən qoyunmağa yer yoxdur. Yağışlı və qarlı havada isə marşrutu gözləyərkən islanırıq”, – deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Sumqayıt24










