SÜLHMƏRAMLILARIN SAYI ARTIRILIR… ƏRAZİYƏ SİLAH DAŞINIR

SÜLHMƏRAMLILARIN SAYI ARTIRILIR… ƏRAZİYƏ SİLAH DAŞINIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın-Şuşa yolundakı etirazlar dinc aksiyalardır və QHT nümayəndələri, blogerlər, jurnalistlər və cəmiyyətin müxtəlif nümayəndələri orada iştirak edir. İndiki məqamda aksiya iştirakçıları sülhməramlıların kamandanı Andrey Volkovun onlarla danışmasını istəyir və bu, bir növ hesab xarakterlidir.

Bu fikirləri Tribuna.az-a politoloq Turan Rzayev açıqlamasında deyib. O bildirib ki, Volkov gəlməlidir və etirazçılara qanunsuz daşınmaların, yatağların istismarının dayandırılacağını bildirməlidir:

“Həmçinin Azərbaycanın nümayəndələrinin ora gedib – gələcəyində heç bir problemin olmayacağını bildirməlidir. Yəni bu istəyə nail olunana qədər etiraz aksiyaları davam edəcəyini düşünürəm. Düzdür, hələlik Volkovdan səs çıxmır və paralel olaraq da sülhməramlıların sayı hər gün artır. Orada olan iştirakçılar da artıq qeyd edirlər ki, sülhməramlıların sayında artım hiss olunur və əlavə texnika və silah da gətirilib”.

Siyasi şərhçi bildirib ki, Volkovun əraziyə gəlməsi bir başa Kremlin verəcəyi qərardır:

“Kolkov əmr quludur. Ona bu barədə Rusiyadan təlimat gəlsə, yerinə yetirəcək. O da yəqin ki, Kremlin cavabını gözləyir. O gəlmədiyi müddətcə proses uzanacaq. Ərazidə çadırların qurulması, yeni çadırların gətirilməsi, axın-axın insanın gəlməsi prosesin hələ uzun müddət davam edəcəyini göstərir”.

Nigar

Tribuna.az