SÜLHMƏRAMLILAR MÖVQELƏRİNİ DƏYİŞDİ… ŞUŞA-XANKƏNDİ YOLUNDA NƏ BAŞ VERİR?

SÜLHMƏRAMLILAR MÖVQELƏRİNİ DƏYİŞDİ… ŞUŞA-XANKƏNDİ YOLUNDA NƏ BAŞ VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc etiraz aksiyası keçirdikləri əraziyə cəlb olunmuş Rusiya sülhməramlılarının mövqeyində dünəndən başlayaraq müəyyən dəyişikliklər müşahidə olunur.

Tribuna.az xəbər verir ki, buna baxmayaraq, etirazçılar bundan istifadə edərək irəli getməyib. Bu da aksiyanın dinc xarakterli olduğunu bir daha sübut edir.

Aksiyaçıların məqsədi Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şəraitin yaradılmasına nail olmaq olduğu üçün sülhməramlıların yerlərini dəyişməsi etirazçılar üçün əhəmiyyətsizdir.

Aksiyada iştirak edənlər sülhməramlılarla hər hansısa qarşıdurma yaranmasında maraqlı deyillər və heç ilk gündən məqsəd də bu deyil.
Ancaq hələlik sülhməramlıların niyə mövqelərini bir qədər dəyişməsi və geri çəkilməsinin səbəbi məlum deyil.

Nigar

Tribuna.az