Şotlandiyanın baş naziri Nikola Sturgeon səkkiz illik vəzifəsindən istefa verdiyini açıqlayıb.
Tribuna.az Reuters-ə istinadən xəbər verir ki, Edinburqda mətbuat konfransında çıxış edən Sturgeon yeni baş nazir seçilənə qədər vəzifəsində qalacağını bildirib.
Şotlandiyanın müstəqilliyinə dəstəyin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayan Sturgeon, “İnanıram ki, Şotlandiyanı müstəqilliyə yaxınlaşdırmışam” dedi.
Sturgeon bu qərarı ilə siyasətdən getmədiyini də əlavə edib.
Tribuna.az









