SOSİOLOQ: TƏCİLİ TƏDBİR GÖRÜLMƏSƏ, BAKIDA VƏZİYYƏT GETDİKCƏ PİSLƏŞƏCƏK

SOSİOLOQ: TƏCİLİ TƏDBİR GÖRÜLMƏSƏ, BAKIDA VƏZİYYƏT GETDİKCƏ PİSLƏŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsi Azərbaycan əhalisinin sayını açıqlayıb.
Məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 42 274 nəfər və ya 0,4 faiz artaraq sentyabrın 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
Statistikadan da göründüyü kimi şəhərdə yaşayan əhalinin sayı daha çoxdur. Mövzu ilə bağlı TİA. Az– a danışan sosioloq Elçin Bayramlı bildirib ki, əvvələr şəhər əhalisinin sayı 51 faiz idi:
” İndi isə bu rəqəm 53 faizə çatıb. Bu rəsmi rəqəmdir, qətiyyən düz deyil. Əksəriyyət öz yaşayış yerində yaşamır, hansısa kənddə qeydiyyatdadır, ancaq şəhərdə yaşayır. Rahatlıqla demək olar ki, şəhər əhalisi 53 faiz yox, 70-75 faizdir. Kəndlər sürətlə boşalır. Əhali şəhərlərə axışır, əsasən də paytaxta. Paytaxtda ən azı 5 milyon adam var, ölkə əhalisinin yarısı buradadır. Digər iri şəhərlərdə də 2 milyona yaxın təxmini adam var. Bunun əsas səbəbi tarazlı olmayan inkişafın nəticəsidir. Yalnız Bakı və bir-iki şəhərdə iqtisadi inkişaf və iş yerləri var. Qalan yerlərdə isə sosial vəziyyət çətindir, işsizlik hökm sürür. Ona görə də insanlar şəhərlərə axışır. Bu, anormal bir urbanizasiya prosesidir. Normal urbanizasiyada isə bir neçə iri şəhərdə insanlar toplaşır və həmin ölkələrdə resurslar, iqlim şəraiti normal olmadığına görə kənddə yaşamaq çətin olur. Amma bizdə uyğun şərait var, ancaq insanlar orda dolana bilmir. Bu, sırf sosial problemdir. Bir də müasir gənclər regionlarda normal iş tapa bilsə belə böyük şəhərdə yaşamağa üstünlük verir, çünki bizim digər bölgələrimiz sosial – mədəni cəhətdən geri qalır.
Qeyd etdiyim ki, o rəqəm 53 faiz ola bilməz, tezliklə bu 80 faizi keçəcək. Bunun qarşısını almaq üçün yalnız regionların inkişafını sürətləndirmək lazımdır. Bakı artıq iflic vəziyyətdədir”.

Aytac

TİA. Az