Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir. Etirazların fonunda qlobal erməni media və qht şəbəkəsi ABŞ-da , Avropada , hətta Cənubi Amerikada belə Azərbaycan əleyhinə dezinformasiya və prosesin təhrif edilməsi ilə kampaniyalar aparır. Beynəlxalq təşkilatlardakı Azərbaycan əleyhinə aparılan ciddi işlərin fonunda, hətta ənənəvi müttəfiqimiz sayılan dövlətlərin hökümətlərindəki hind, erməni, soros şəbəkəsinin təsiri ilə nəzərəçarpacaq qədər dəyişən mövqeyi məyusluq yaradır.
Tribuna.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Yeganə Hacıyeva səsləndirib. O qeyd edib ki, belə həssas zamanda ölkədə Azərbaycan cəmiyyətinin diqqətini bu proseslərdən yayındırmaq, diqqəti sərhəddən daxilə çəkmək cəhdləri izlənməkdədir:
“Bir cümlədə izah etsəm , sosial və ənənəvi mediada regionlararası münasibətlərin korlanmasına hesablanmış, təhrik elementli gündəm formalaşdırılır”.
Nigar
Tribuna.az









