Fevralın 23-də Araik Arutyunyan Ruben Vardanyanın “istefaya” getdiyini elan edəcək.
Tribunainfi.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Vardanyan əvvəlcə “istefaya” getməkdən imtina edib, sonra isə qərarı qəbul edib.
Politoloq Zaur Məmmədov da məlumat paylaşıb ki, Vardanyanın istefası ilə bağlı yaxın saatlarda xəbər çıxacaq:
“Vardanyan da belə getdi. Yəgin ki, yaxın 48 saat ərzində xəbər çıxar.
Lakin müxalifətdə oturub təxribatçılıqla məşqul olsa, yenə payını alacaq”.









