Türkiyədə baş verən şiddətli zəlzələdən sonra Mərsin və Adana şəhərlərində hal-hazırda təkanlar davam edir.
Tribuna.az xəbər verir ki, bu barədə Akdeniz Mərsin Çanlıbəl Kültür məhəlləsində yaşayan Azərbaycan vətəndaşı Vüsalə Kərimoğulları məlumat verib.
Vətəndaşın açıqlamasına görə, “evlər sallanır, qonşular uşaqlarını götürüb çölə çıxıblar. Hal-hazırda vəziyyət burada çox pisdir, hər yer titrəyir”.









