Şamaxı Astrofizika Rəsədxanası bayram namazının vaxtını açıqlayıb. Tribuna.az məlumat verir ki, hər il rəsədxana bu haqda Qafqaz Müsəlmanları İdarəsinə xəbər göndərər, sonuncusu xalqa bəyan edərdi. Ancaq bu dəfə QMİ lazım bilinməyib. Dini mövzular üzrə ekspert olan Kənan Rövşənoğlunun fikrincə, qabaq heç olmasa üsul-ədəb gərəyi deyirdilər ki, bəs yeni ay filan tarixdə görünəcək. “QMİ də buna əsasən bayram namazını elan edib. Artıq ona da ehtiyac görmürlər, birbaşa deyirlər ki, Şamaxı Astrofizika Rəsədxanası bayram namazını elan etdi. Məncə onsuz da iki qurumun bayram və Məhərrəm ayını elan etməkdən başqa bir səlahiyyəti qalmayıb. QMİ-dən bütün başqa səlahiyyətləri alıblar, Şamaxı Astrofizika Rəsədxanası isə onsuz da gözə görunən bir işi yoxdur. Bəlkə də var, bizim xəbərimiz yoxdur, xalq ancaq Ramazanda xatırlayır o qurumu.
Bu iki qurumu birləşdirmək olar, fətvalar da birbaşa birinci əldən gələr” – deyə ekspert bildirib.









