SƏRKİSYAN PAŞİNYANI XƏYANƏTKAR ADLANDIRDI – ERMƏNİSTANDA QARABAĞ QOVĞASI

SƏRKİSYAN PAŞİNYANI XƏYANƏTKAR ADLANDIRDI – ERMƏNİSTANDA QARABAĞ QOVĞASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının icra orqanı baş nazir Nikol Paşinyanın bəyanatları ilə bağlı bəyanat yayıb.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan Respublika Partiyasının icra orqanının bəyanatında deyilir ki, “İrəvanla Bakı arasında aparılan danışıqlar prosesində Azərbaycan-Ermənistan münasibətlərinin Qarabağ problemindən ayrılması, Dağlıq Qarabağın təkbaşına buraxılması və onun təhlükəsizliyinin təminatçısı olmaq öhdəliyindən imtina edilməsi xəyanətə bərabər olan qəbuledilməz addımdır”.

RPA-nın icra orqanı baş nazir Nikol Paşinyanın bir gün əvvəl Ermənistan parlamentində səsləndirdiyi bəyanatlara cavab vermək qərarına gəlib.

“Xüsusilə, aprelin 18-də baş nazir bəyan edib ki, “Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik”. Onun sözlərinə görə, müqaviləyə “iki ölkənin ərazi bütövlüyünün əsası kimi SSRİ tərəfindən təsdiq edilmiş Ermənistan və Azərbaycan SSR-in xəritələri” əlavə edilməlidir”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanla münasibətlərin sülh yolu ilə nizamlanmasına sadiq olduğunu dəfələrlə bəyan edib.

Hazırda Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı ümumilikdə dörd paket təklif alıb, cavab olaraq Bakıya üç sənəd göndərib.

Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı xırda məsələlər üzrə qarşılıqlı məqbul düsturlar tapıblar, lakin gələcək sülh müqaviləsinin əsas müddəaları üzrə mövqeləri hələ də yaxınlaşdırmaq mümkün olmayıb.