Türkiyəli məşhur müğənni Serdar Ortaç sosial şəbəkədə açdığı canlı yayım zamanı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Tribuna.az xəbər verir ki, uzun müddətdir MS xəstəliyindən əziyyət çəkən sənətçi çıxışında olduqca kövrək və sarsıdıcı fikirlər səsləndirib.
Serdar Ortaç izləyicilərinə müraciət edərək mahnılarının unudulmamasını istəyib:
“Mənə bir söz verin, mən öləndən sonra bu mahnıları yaşadın.
Bunlara mən sağ ikən klip çəkmədilər, heç kimə çatdırmadılar.
Hamı əlindən gələni etdi ki, mən batım. Amma baxın, hələ də batmamışam, 35 il oldu. Yaxında ölüb gedəcəyəm. Bunları hamıya çatdırın, hər kəsə”.
Sənətçinin bu sözləri sosial mediada qısa zamanda geniş yayılıb və pərəstişkarlarını kədərləndirib.
Serdar Ortaçın səhhəti və psixoloji vəziyyəti ilə bağlı dedikləri onun izləyiciləri arasında narahatlıq yaradıb.
Nigar İxtiyarqızı









