SEPARATÇILARIN SİLAH DAŞIDIĞI YOLLAR MİNALANASIN… POLİTOLOQDAN TƏKLİF

SEPARATÇILARIN SİLAH DAŞIDIĞI YOLLAR MİNALANASIN… POLİTOLOQDAN TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnternet televiziyalara gün ərzində verdiyim müsahibələrdə bəzi izləyicilər şərhlərdə yazıblar ki, erməni separatçıların silah daşımaq üçün istifadə etdikləri yolları minalamaq lazımdır. Bu yanaşmada həqiqət payı var. Aydın olur ki, erməni separatçıları Laçın yolunun xaricində müxtəlif cığırlardan istifadə edərək bölgəyə silah və sursat daşıyırlar. Əgər həmin çığır yolları hələ ki, tam nəzarətə götürə bilmiriksə, minalanma əməliyyatını həyata keçirilmək mümkündür.

Tribuna.az yazır ki, belə bir təklif irəli sürən politoloq Elxan Şahinoğlu hesab edir ki, düşmən İkinci Qarabağ müharibəsindən sonra da yollarımızı minalayır:

” Müharibədən sonra minaların partlaması nəticəsində yüzlərlə vətəndaşımızı itirdik. Onlar bunu bizə qarşı edirlərsə, biz niyə erməni separatçılarının silah daşımaq üçün istifadə etdikləri gizli yolları minalamayaq?

Minaların xəritələri əlimizdə olacaq, separatçılığa və işğala son qoyduqdan həmin minaları basdırıldıqları yerdən çıxara bilərik”.