SEPAH ABŞ-yə xəbərdarlıq etdi

SEPAH ABŞ-yə xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə “qırmızı xətləri” keçməmək barədə xəbərdarlıq edib.

Tribuna.az xəbər verir ki, bu haqda “Fars” agentliyi məlumat yayıb.

“Əgər ABŞ terrorçu ordusu bu qırmızı xətləri keçərsə, cavabımız regiondan kənara çıxacaq”, – İran İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir.

Hərbi birləşmə İranın “ABŞ və müttəfiqlərini illərlə regiondan neft və qazdan məhrum edəcək” addımlar atacağını vurğulayıb.