Səmərqənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü baş tutub.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Lavrovla Mirzoyan arasında söhbətin təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, MDB Nazirlər Şurasının növbəti iclasının gündəliyinə MDB ərazisində əməkdaşlığın müxtəlif sahələrinə dair ona yaxın məsələ daxildir.
Görüş iştirakçıları aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıblar









