Şəhərlərarası avtobuslara biletləri mobil tətbiq vasitəsilə almaq mümkün olacaq

Şəhərlərarası avtobuslara biletləri mobil tətbiq vasitəsilə almaq mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişinlər şəhərlərarası və rayonlararası avtobuslara biletləri mobil tətbiq vasitəsilə ala biləcəklər.

Tribuna.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

O bildirib ki, artıq vətəndaşlar avtovağzala gəlmədən “biletim.az” portalı və ya mobil tətbiq vasitəsilə avtobuslara bilet əldə edə biləcəklər. Bundan əlavə, avtovağzalların kassalarından da bilet almaq mümkün olacaq.