Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Tribuna.az  Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində qeydə alınıb.

İlkin məlumata görə, KIA markalı avtomobillə “Changan” markalı maşın toqquşub.

Qəzanın baş verməsinə ilkin səbəb kimi KIA markalı avtomobilin “Changan”ın hərəkət zolağına çıxması göstərilir.

Toqquşmanın təsirindən “Changan” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hər iki avtomobilə ciddi maddi ziyan dəyib.