ADY-nin 5 milyonluq tenderi ləğv edildi- SƏBƏB NƏ OLUB?

ADY-nin 5 milyonluq tenderi ləğv edildi- SƏBƏB NƏ OLUB?  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv edilib.

Tribuna.az xəbər verir ki, buna səbəb “Dövlət satınalmaları haqqında” qanunun tələblərini pozması olub.

Belə ki, ADY İmişlidə dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi layihəsi çərçivəsində layihələndirmə və layihə-smeta sənədlərinin hazırlanmasını reallaşdırmaq istəyib. Hətta bununla bağlı 5 milyon 611 min 111 manat 11 qəpik büdcə də müəyyən edib.

Lakin AİİBNDA satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasını müəyyən edib. Bu isə mövcud qanunun 36.1.1.-ci maddəsinin tələblərinin pozulması deməkdir.

Fərda Uğur