İranın xarici işlər naziri Abbas Əraqçı Azərbaycanla münasibətlər və iki ölkə başçısı arasında telefon danışıqları barədə danışıb.
Tribuna.az xəbər verir ki, o, bu barədə dövlət kanalı olan İRİB TV-yə verdiyi müsahibəsində qeydlər səsləndirib.
Əraqçı bildirib ki, İran və Azərbaycan Prezidentlərinin telefon danışığı iki ölkə arasındakı gərginliyi aradan qaldırmağa kömək edib. “Prezident Məsud Pezeşkianın Azərbaycan dilindəki səmimi müraciəti və Azərbaycan atalar sözlərindən istifadə etməsi bu məsələdə vacib rol oynayıb”.
Fərda Uğur









