Londonda 19 yaşlı hüquq tələbəsi Josephine Nasr yataqxanadakı otağında ölü tapılıb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, gənc qız ölümündən bir neçə saat əvvəl ailəsinə ürəkbulanma və güclü qusma şikayəti barədə məlumat verib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Nasr həkim təyinatı ilə arıqlama məqsədilə Mounjaro iynəsindən istifadə edib və otağında dərmanın boş flakonu aşkarlanıb.
Ekspertizaya görə, gəncin ürəyində əvvəldən aşkarlanmamış anadangəlmə problem olub.
Mounjaro istifadəsindən sonra yaranan güclü qusmanın isə qan şəkərinin və elektrolitlərin səviyyəsini pozaraq ölümcül ürək ritm pozuntusunu tətikləmiş ola biləcəyi müəyyən edilib.
Gülşən Rəsul











