Zakaryan: “Əliyev Metsamor AES-in bağlanacağına əmindir”

Zakaryan: “Əliyev Metsamor AES-in bağlanacağına əmindir” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı və Ankaranın Ermənistan Atom Elektrik Stansiyasını bağlamaq tələbi indi daha inamla irəli sürülür”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələdən çox əmindir. “Prezident İlham Əliyev Ermənistan AES-ini bağlamaq qərarına o qədər əmindir ki, hətta Yerevana Ermənistandakı elektrik enerjisi çatışmazlığını həll etməyi təklif edir və təbii ki, bizi Bakıdan birtərəfli asılılığa salır”.

Fərda Uğur