“İranla enerji məsələlərində əməkdaşlığımız yüksək səviyyədədir. Lakin biz paralel olaraq bəzi addımlar da atmaq istəyirik”.
Tribuna.az xəbər verir ki, bu fikirlərin müəllifi Ermənistanın regional idarəetmə və infrastruktur naziri Davit Xudatyandır.
O bildirib ki, Ermənistan bir sıra ölkələrlə elektrik şəbəkəsini birləşdirmək istəyir. “Biz ölkənin elektrik şəbəkəsinin İran, Gürcüstan, Türkiyə və Azərbaycan şəbəkələri ilə sinxronlaşdırılmasını ölkə üçün strateji prioritetlərdən biri hesab edirik”.
Fərda Uğur









