“Zəngəzur dəhlizi faktiki olaraq ABŞ-nin “TRIPP” adlandırılan geoiqtisadi layihəsidir”.
Tribuna.az xəbər verir ki, bu fikirləri iranlı ekspert Mehdi Məqsumi səsləndirib.
O deyib ki, məsələnin həll yollarından biri İranı müxalif tərəfdən tərəfdaşa çevirməkdir.
“İran Ermənistana təklif etməlidir ki, əgər Azərbaycanın Naxçıvanla birləşməsi reallaşırsa, İranın da həmin şəbəkəyə qoşulması eyni vaxtda inkişaf etdirilməli və bu, çoxtərəfli bir şəbəkə formasını almalıdır”.
Məqsumi daha sonra qeyd edib ki, İran başqa tələblər də səsləndirməlidir. “İran bəyan etməlidir ki, o, bu dəhlizə yox, yalnız klassik tipli birləşməyə qarşıdır. Bu məsələ diplomatik baxımdan fövqəladə əhəmiyyət daşıyır”.
İranlı ekspert İranınm əlində ciddi imkanların olduğunu da iddia edib: “İranın əlində çox güclü bir kozır var; hazırda Azərbaycanı İran ərazisi vasitəsilə Naxçıvanla birləşdirmək imkanı mövcuddur”.
Fərda Uğur









