“Azərpoçt” 3 ədəd zirehli maşın alır

“Azərpoçt” 3 ədəd zirehli maşın alır 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərpoçt” MMC daha bir tender elan edib.

Tribuna.az xəbər verir ki, qurum zirehli nəqliyyat vasitələrinin satın alınmasını reallaşdırmaq fikrindədir.

Məlumata görə, MMC 3 ədəd zirehli maşının alınmasını nəzərdə tutub. Bunun üçün isə 372 min 870 manat büdcə müəyyənləşdirib.
Qeyd edilir ki, tenderin qalibi 28.08.2026-cı ildə məlum olacaq. Həmin vaxt qalibin hansı məbləğə bu işi görəcəyi bəlli olacaq.

Fərda Uğur